2021-07-01
UFAZ və STP MMC arasında əməkdaşlıq imkanları müzakirə olunub.
30 iyun 2021-ci il tarixində Azərbaycan-Fransız Universitetinin (UFAZ) İdarə Heyəti Sumqayıt Texnologiyalar Parkınında (STP) olmuşlar. Görüşdə Azərbaycan-Fransız Universitetindən icraçı direktor Vazeh Əskərov, Baş katib Elizaveta Bydanova, Təhsil Şöbəsinin rəhbəri Lətifə Nəsibova, Tədqiqat Şöbəsinin müdiri Filip Türek və Kimya mühəndisliyi üzrə diplom menegeri Christophe Serra, Sumqayıt Texnologiyalar Parkı MMC-dən isə insan resursları üzrə menecer Namiq Nağıyev, insan resursları üzrə aparıcı mütəxəssis Tural Şahbazov, kommunikasiya üzrə mütəxəssis Pərvin İsmayılov, sahə rəisi Mətləb Muradov və sex rəisi Yasin Cəfərov iştirak edib.
Görüşdə UFAZ və STP MMC arasında əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər UFAZ-ın Fiziki Kimya və Kimya Mühəndisliyi magistratura proqramındə təhsil alan tələbələrin iş və təcrübə imkanlarının yaxşılaşdırılması istiqamətində əməkdaşlıq etməyi planlaşdırır. Qeyd edək ki, UFAZ-ın bakalavr pilləsinin 4-cü kursunda təhsil alan 8 tələbə hazırda Sumqayıt Texnologiyalar Parkında təcrübə proqramında iştirak edir.
UFAZ-ın idarə heyəti üçün STP ilə bağlı təqdimat həyata keçirilib və polimer məmulatlar zavodu ilə tanışlıq məqsədilə ekskursiya təşkil olunub.