2021-08-20
UFAZ imtahan nəticələrin elan olunması və prosedurlar barədə məlumat
Avqustun 18-də Azərbaycan-Fransız Universitetinə qəbul imtahanı keçirilib. İmtahan nəticələri 20 avqust tarixində elan ediləcək.
Bütün namizədlərin şəxsi kabinetinə (admission.ufaz.az portalında) onların nəticəsi yerləşdirilir.
UFAZ-a qəbul ola bilməyən abituriyentlərə bu barədə bildiriş göndərilir.
Əgər abituriyent UFAZ-a qəbul olubsa, bu zaman ona qəbul olduğu barədə şəxsi kabinetə bildiriş gəlir və abituriyentə 3 seçim variantı təklif edilir:
UFAZ-a qəbul təklifini aldıqdan sonra 21 avqust saat 16:00-a qədər şəxsi kabinetdə təklifi təsdiqləmək tələb olunur. Qəbulu təsdiqləmiş namizədlər 21, 23 və 24 avqust tarixlərində saat 9:00-dan 16:00-dək tələb olunan sənədləri UFAZ-ın binasına gətirib təqdim etməlidir.
Əgər abituriyent qəbul olduğu ixtisasdan və ya ödənişli əsaslarla təhsildən imtina edirsə, bu zaman ona gələn təklifdən imtina edə və ya rezerv siyahıya salınmasını istəyə bilər. İmtina etməyi seçdikdə, siz artıq UFAZ-dan imtina edib digər universitetlərin ixtisas seçimlərində iştirak edə bilərsiz.
Əgər abituriyent UFAZ-da qəbul olduğu ixtisası deyil digər ixtisas üzrə təhsil almaq istəyirsə, bu halda rezerv siyahıya salınmasını seçə bilər. Həmin ixtisas üzrə vakant yer yarandığı təqdirdə (bu o halda baş verə bilər ki, digər abituriyent həmin yerdən imtina etsin) topladığı bal uyğun gələrsə ona təklif edilə bilər. Əgər həmin təklif də abituriyenti qane etməsə, bu zaman o UFAZ-dan imtina edim DİM ixtisas seçimində iştirak edə bilər.
UFAZ-da qəbul yerləri ixtisaslar üzrə ilk 40 yer (ilk 30 yer dövlət hesabına, növbəti 10 yer isə ödənişli əsaslarla) təklif edilir. İxtisas seçimində abituriyentin 1-ci yerdə sıraladığı ixtisas onun əsas seçimi kimi qiymətləndirilir. Həmin ixtisas üzrə seçim edən namizədlər arasında nəticəsi ən yüksək olan abituriyentlərə qəbul təklifi göndərilir.
Apellyasiya ilə bağlı müraciətlərə 21 avqust tarixində saat 10:00-dan 13:00-a kimi UFAZ-ın əsas tədris binasında baxılacaq.