Noyabrın 4-də Azərbaycan-Fransız Universitetində tələbələr tərəfindən 8 noyar “Zəfər Günü”nə həsr olunmuş gecə keçirilib.
Tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UFAZ-ın İcraçı direktoru, Vazeh Əskərov tələbə və müəllimləri salamlayaraq onları bu şanlı qələbənin ildönümü münasibətilə təbrik edib. Bütün xalqımızın bir yumruq kimi iradə nümayiş etdirərək uzun illər ərzində hazırlanmış bu zəfər tarixini bir daha yad edib.
Vətən müharibəsinin iştirakçısı, Xocavədnin azad edilməsi uğrunda döyüş medalı ilə təltif edilmiş və hazırda UFAZ-da kompüter elmləri üzrə təcrübə keçən ADNSU məzunu Eldar Şabanov öz döyüş yolu və xatirələri barədə qonaqlara məlumat verib.
Tədbirdə qonaq kimi çıxış edən Azərbaycan Gənc Psixoloqları ictimai birliyinin sədri Orxan Oruc, müharibədən sonra döyüş bölgələrində yaşayan 3000 nəfər uşağa psixoloji xidmət göstərən gənc psixoloqlar komandasının gördüyü işlər və gələcəyə nikbin baxış mövzusunda çıxış edib. Təşkilatın idarə heyətinin üzvü, psixoloq Zümrüd Əkbərova isə müharibədə qazanılmış stresdən necə qurtulmaq barədə məlumat verib.
Tədbirin sonunda UFAZ tələbələrinin ifasında musiqi parçaları səsləndirlib. Əkbər Əliyev “Xudayar təsnifini”, Elgün Əliyev tar, Elman Həsənov isə gitarada musiqi parçaları ifa edib. Tədbirin aparıcıları Səid İsgəndərov və Aysu Məmmədova olub. Sonuncu həm də “hay ver mənə cənab Leytnenant” mahnısı ifa edib.