2022-05-27
UFAZ-da 28 May - Müstəqillik Gününə həsr olunmuş "Gələcəyin Kimyaçıları" olimpiadası keçirilib
Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı, SEM-AZ MMC-nin sponsorluğu və UFAZ-ın dəstəyi ilə "28 May - Müstəqillik Günü"nə həsr olunmuş "Gələcəyin Kimyaçıları" olimpiadası keçirilib.
ADNSU, BANM, UFAZ, ADPU, Xəzər Üniversiteti tələbələrinin və Məktəblilərdən ibarət bir komandanın qatıldığı olimpiadada ümumilikdə 17 komanda mübarizə aparmışdır. Maraqlı və gərgin mübarizənin sonunda 1-ci yeri Azər Abıyev, Elnarə Quliyeva, Natiq Rəsulzadə, Nəzrin Səmədovanın təmsil etdiyi ADNSU-nun "Chemists" komandası, 2-ci yeri İlqar Nəsirli, Məzahir Həsənli, İlkanə Mehdiyeva, Cəvahir Yusifzadənin təmsil etdiyi BANM-ın "Quadruple Bonds" komandası, 3-cü yeri isə Hüseyn Tağızadə, Sənan Çəharkamə, Sultanə Vəliyeva, Vəfa Babanlının təmsil etdiyi UFAZ-ın "Lab Fossorial" komandası tutmuşdur. Qaliblərə Azərbaycan Mühəndislər Birliyindən kubok, diplom, müxtəlif hədiyyələr, eləcə də bütün yarış iştirakçılarına hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.
Qalibləri təbrik edir və iştirakçılara, xüsusi olaraq Olimpiadaya xüsusi maraq qatdıqlarına və layiqli mübarizə apardıqlarına görə Sara Əhmədzadə, Şəbnəm Hüseynli, Aysun Məmmədeminovanın (10cu sinif şagirdlərinin) təmsil etdiyi "Məktəblilər" komandasına təşəkkür edirik.