DONATE TO UFAZ

UFAZ-ın 2020/2021-ci tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanı nəticələri açıqlanıb

2020-09-13

Sentyabrın 11-də saat  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) əsas binasında ənənəvi qaydada keçirilən 2020/2021-ci tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanının nəticələri açıqlanıb.

İmtahan nəticələrinizlə keçidə daxil olaraq tanış ola bilərsiniz. Bununla yanaşı, nəticələr tələbələrin şəxsi kabinetlərində də yerləşdirilib. 

Qeyd edək ki,  appelyasiya şikayətlərinə 14 sentyabr tarixində baxılacaq.

UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə ya dövlət (120 yer), ya da ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur.  UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir.

UFAZ daxili imtahanında uğurlu nəticə əldə etməyən abituriyentlər DİM kodlaşdırmasında iştirak edərək digər universitetlərə və ixtisaslara müraciət edə bilərlər. Bu hal UFAZ-a qəbul olan, lakin qeydiyyatdan keçməkdən imtina edən abituriyentlərə də aiddir. İmtahandan uğurla keçərək qeydiyyatını təsdiq edən abituriyentlər DİM kodlaşdırmasında iştirak etmək hüququnu itirir.