2021-09-30
UFAZ-ın 2 nəfər tələbəsi Prezident təqaüdü alacaq
Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ali məktəblərinə daxil omuş 102 nəfər tələbəyə Prezident təqaüdünün verilməsi barədə qərar qəbul edilib.
Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2 nəfər tələbəsi Bəşirov Fətulla Vaqif oğlu və Quliyev Rüfət Vüqar oğlu Prezident təqaüdçüləri sırasındadır.
Fətulla Bəşirov və Rüfət Quliyev, UFAZ-da Kompüter elmləri ixtisası üzrə bakalavr pilləsində təhsil alır. Onların Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanı üzrə nəticələri müvafiq olaraq, 682,3 və 680,1 olub. UFAZ daxili imtahanında isə Fətulla 69,5 bal, Rüfət isə 79 bal toplayıb.
Hal-hazırda UFAZ-da təhsil alan Prezident təqaüdçülərinin ümumi sayı 4 nəfərdir.
Tələbələrimizi təbrik edir və onlara təhsillərində uğurlar arzulayırıq.