DONATE TO UFAZ

Representatives of Azerbaijan National Anti-doping Agency and International Testing Authority visited UFAZ

2018-11-16

Noyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli, Strateji İnkişaf Meneceri İlham Hümbətov iştirak edib. Tədbirdə həmçinin Beynəlxalq Test Təşkilatının rəhbəri cənab Benjamin Koen və Techno Fusion şirkətinin nümayəndəsi Murad Maqsudov olub.

Universitet haqqında qonaqlara məlumat verən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və baş katib Charlotte Payen burada keçirilən dərslər və tədris sistemi haqqında danışıb. Universiteti gəzən qonaqlar UFAZ-ın laboratoriyaları və kitabxanası ilə yaxından tanış olublar. Gələcəkdə tələbələrin inkişafı üçün yaxşı əlaqələrin qurulması baxımından bu kimi qurumlarla görüş UFAZ üçün olduqca vacibdir.