DONATE TO UFAZ

Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lambertin başçılıq etdiyi nümayəndə heyəti UFAZ-da olub.

2020-11-14

Noyabrın 14-də ölkəmizdə rəsmi səfərdə olan Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lambertinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Fransız Universitetində (UFAZ)-da olub. 

Görüşdə Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidentləri Mişel Vialey və Andre Villier, eləcə də dostluq qrupunun katibi Jan-Lük Reitze, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Soltan Məmmədov, Azərbaycanın Fransadakı səfirliyinin siyasi işlər üzrə müşaviri Vaqif Ağayev və digər rəsmi şəxslər də iştirak etmişdir.

UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və tədris departamentinin rəhbəri Lətifə Nəsibova qonaqları Universitetdə yaradılmış dərs otaqları və elmi laboratoriyalar ilə tanış etmiş və onlara tədris olunan ixtisaslar, magistratura proqramı, eləcə də təcrübə imkanları haqqında geniş məlumat verərək UFAZ-ın yüksək keyfiyyətdə təhsil imkanlarıından söz açmışlar. 

Ətraflı məlumat üçün idarə heyətinə öz təşəkkürünü bildirən Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lambert  Azərbaycanı ərazi bütövlüyünü bərpa etdiyi üçün sevindiyini bildirmişdir. 

Görüş zamanı Vətən müharibəsi dövründə Azərbaycanın işğal edilmiş bölgələrindən olan UFAZ tələbələri adından Fransa prezidentinə ünvanlanan məktub qonaqların diqqətinə çatdırılmışdır.