2021-ci ildə, UFAZ-ın bakalavriat təhsil pilləsini 113 nəfər tələbə bitirib. Onlardan, 27 nəfər Kimya mühəndisliyi ixtisası üzrə, 25 nəfər Neft və qaz mühəndisliyi ixtisası üzrə, 20 nəfər Geofizika mühəndisliyi üzrə və 41 nəfər Kompüter elmləri üzrə məzun olub.
UFAZ məzunlarından 44 nəfər UFAZ-ın magistratura pilləsində təhsilini davm etdirir. 23 nəfər məzunumuz isə dünyanın aparıcı ali təhsil ocaqlarında təhsil alacaq.
Məzunlarımızın qəbul olduqları universitetlər bu ölkələdə yerləşir: Almaniya, ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Türkiyə, İrlandiya, İsveçrə, Niderland, Belçika, Rusiya Federasiyası, Estoniya, Litva, Polşa, Finlandiya, Macarıstan.
Məzunlarımızın qəbul olduğu universitetləri
video çarxda izləyə bilərsiniz.