2021-07-28
Azərbaycan-Fransız Universitetinə qəbul üçün qeydiyyat başladı
İyulun 28-dən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2021/2022-ci tədris ili üçün bakalavr pilləsinə qeydiyyat prosesinə start verilib.
UFAZ-a qəbul olmaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda 1-ci ixtisas qrupu üzrə minimum 500 bal toplamalıdırlar. Qeydiyyat avqust ayının 15-ə kimi davam edəcək.
Qeydiyyatdan keçmək üçün abituriyentlər https://admission.ufaz.az/az/ portalına daxil olub lazımi məlumatları doldurmalıdırlar.
Azərbaycan-Fransız Universitetinə daxili qəbul imtahanı avqust ayının 18-də baş tutacaq.
Azərbaycan-Franszı Universiteti 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş və 2016-cı ildən Azərbaycan Respublikası Prezidentin sərəncamı ilə fəaliyyətə başlamışdır.
UFAZ 4 ixtisas üzrə (kompüter elmləri, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, geofizika və gelogoiya mühəndisliyi) bakalavr və 3 ixtisas üzrə magistr (fiziki kimya və kimya mühəndisliyi, yer elmləri və big data və süni zəka) proqramları təklif edir.
Bu il 5 yaşını qeyd edən UFAZ-da hər il 160 nəfər bakalavr üçün yer ayrılır. Onlardan 120 yer dövlət sifarişlidir.
UFAZ məzunları təhsillərini başa vurduqda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə yanaşı Fransanın Strasburq və Renn 1 universitetlərinin də diplomlarını alır.