2021-02-26
AMEA-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) əməkdaşları ilə görüş
26 fevral, 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Azərbaycan-Fransız Universitetinin (UFAZ) əməkdaşları ilə görüş keçirilmişdir.
Görüşdə İnstitutun direktoru, akademik Vaqif Abbasov, direktor müavini Hikmət Ibrahimov, UFAZ-ın elmi araşdırmalar depatamentinin rəhbəri, professor Filip Turek, icraçı direktoru Vazeh Əskərov, magistr pilləsi üzrə tədris edən müəllimləri Zahra Afrassiabian və Fəxriyyə Məmmədova iştirak etmişlər.
UFAZ-ın yeni yaradılmış elmi araşdırmalar departamenti ilə İnstitutun gələcək layihələr və proyeklərin həyata keçirilməsi, eləcə də universitetin bakalavr ve magistr tələbələrini İnstitut laboratoriyalarında təcrübə keçmələri ilə bağlı məsələlər müzakirə olunmuş və ADNSU, AMEA və Unistra ilə birgə gələcək elmi layihələrin həyata keçirilməsi təklif olunmuşdur.