2022-03-03
ADNSU rektoru UFAZ-ın pedaqoji kollektivi ilə görüşüb.
Martın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində, ADNSU rektoru professor Mustafa Babanlı UFAZ-ın pedaqoji kollektivi ilə görüşüb.
Görüşdə cari tədris ilinin 2-ci semesterində tədrislə bağlı məsələlər və yerli müəllimlərin ixtisasartırması, pedaqoji təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Daha sonra rektor müəllimlərin suallarına cavab verib.
Görüşdə UFAZ-ın İcraçı direktoru, dosent Vazeh Əskərov və baş katib Elizaveta Bydanova da iştirak edib.