2018-05-15
EVENT PLACE: UFAZ Small Conference Hall
EVENT DATE: May 17, 2018
EVENT TIME: 4:30 p.m.
“Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyi (ANGC) geologiya elminin tərəqqisinə, bu sahədə qabaqcıl elmi məlumatın yayılması və mütəxəssislərin elmi səviyyələrinin artırılmasına kömək etmək məqsədilə birləşən geoloqların peşəkar qeyri-kommersiya təşkilatıdır. ANGC təsis olunması 1993-ci ilin mart ayının 21-də 23 nəfərdən ibarət heyyətdə həyata kecirilmişdir. Bu ideyanı irəli sürmüş, AMOKO şirkətinin məsul işçisi cənab Jonn Dolsonun iştirakı ilə keçirilən iclasda rəsmi surətdə elan edilmişdir.
1996-cı ilin dekabr ayında ANGC-i Avropa Yer elmləri və Mühəndisləri Assosiasiyası ilə birgə əməkdaşlıq haqqında saziş imzalamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti 25 illik bir dövrdə Azərbaycanda aktiv fəaliyyət göstərən qeyri-dövlət təşkilatlarından biridir.
Bunun nəticəsidir ki, ardıcıl olaraq üç il-2010, 2011, 2012-ci illərdə ANGC-i öz aktiv fəaliyyətinə görə Avropa geoloji cəmiyyətləri (EAGE) arasında ikinci yeri tutur.
Cəmiyyətin “28 May” ad. NQCİ, “Neft Daşları” NQCİ, “Abşeronneft” NQÇİ-də,Kompleks Qazma İşləri tresti, “Azneft” İB-nin aparatı, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bp şirkətində, AMEA Geoloqiya İnstitutunda, ARDNŞ-ın Geologiya və Geofizika İdarəsində, ARDNŞ-ın baş ofisin apparatı, tələbə bölmələri ADNSU-də, UFAZ-da, BDU-də fəaliyyət göstərir.
Hazırda cəmiyyətin 250-dən çox üzvü var. Bununla yanaşı Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkətlər, o cümlədən BP (Böyük Britaniya), Total (Fransa), Statoil (Norveç), Şlumberger (Fransa), SOCAR korporativ üzv kimi Cəmiyyətdə fəaliyyət göstərirlər.
Odur ki, geologiya sahəsində bütün elmi yeniliklərdən məlumatımız olur. Cəmiyyətin öz fəaliyyət dairəsində Respublikanın ali təhsil müəssisələrində geologiya fakültəsində təhsil alan tələbələrlə işi əsas istiqamətlərindən biri hesab edir və çalışır ki, “neft geologiyası” sahəsində yüksək səviyyədə təhsil almış kadrların hazırlanmasında yaxından iştirak etsin.